Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını - torpaqlarımızın azad olması ilə yekunlaşan Vətən müharibəsinin ikinci ildönümünü yaşayır.Bizim xalqımız qədim xalqdir. Tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işgalından azad edilməsinin 2-ci ildönümüdür. Cəbrayıl rayonun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işgaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Cəbrayılın azad edilməsi Ermənistan ordusuna çox ciddi sarsıntıya ruh düşkünlüyünə gətirib çıxardı. Cəbrayılın azad olması sonrakı rayonlarımızın azad edilməsinə ciddi təsirini göstərdi. 2020-ci il noyabırın 16 da Azerbaycan Prezideti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilmesi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludu. Cəbrayıl rayonunazad edilməsi uğrunda döyüşən canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sucaəti hər zaman yüksək qiymətləndirilir.Aynurə Həsənova,Xocalı rayon gənci